İşin təsviri
- Rəhbərliyin göstərişi ilə məktublar hazırlamaq;
- Korrespondensiyanı qəbul etmək, qeydiyyatdan keçirmək və müvafiq bölmələrə göndərmək;
- İcra olunmuş sənədləri ünvanlarına yola salmaq, alınmış və yola salınmış korrespondensiyanın uçotunu aparmaq, cari arxivin sənədlərini sistemləşdirmək və mühafizə etmək;
- Daxil olmuş və göndəriləcək korrespondensiyanın vaxtlı-vaxtında emalını, onların yerlərə çatdırılmasını təmin etmək, müntəzəm olaraq sənədlərin icra müddətlərinə və düzgün rəsmiləşdirilməsinə nəzarət etmək;
- Sənədli materialların qəbulu, o cümlədən rəhbərliyin sərəncam və əmrlərinin qeydiyyatının aparılması və müvafiq struktur bölmələrinə verilməsini təşkil etmək;
- Xidməti sənədlərin çap olunmasını və çoxaldılmasını təmin etmək;
- Rəhbərliyin çağırdığı müşavirələrin hazırlanmasında iştirak etmək, onlara texniki xidməti təşkil etmək və qeydiyyatını aparmaq;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsində, ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək;
- Müəssisədə arxiv işinin təşkili və aparılmasına rəhbərlik etmək;
- Müəyyən olunmuş qaydaya müvafiq olaraq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin etmək;
- Arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil etmək, müəyyən olunmuş hesabatı tərtib etmək.
Tələblər
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslarını bilməlidir;
- Müəssisə, idarə və təşkilatlarda kargüzarlığın aparılmasına dair normativ sənədlərin tələblərini bilməlidir;
- Kargüzarlığın vahid dövlət sisteminin əsaslarını bilməlidir;
- Təşkilati göstəriş sənədlərinin vahid şəkilə salınmış sistem standartlarını bilməlidir.