İşin təsviri
- Filialın inzibati fəaliyyətinin təşkili və sənəd dövriyyəsinin idarə olunması işlərini həyata keçirmək; daxil olan və göndərilən sənədlərin qəbulu, qeydiyyatı, sistemləşdirilməsi və müvafiq bölmələrə yönləndirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlara uyğun rəsmi yazışmaların hazırlanmasında və cavab məktublarının tərtibində iştirak etmək;
- Korrespondensiya və daxili məktubların vaxtında icrasına nəzarət etmək, sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Cari arxivin sənədlərini sistemləşdirmək, onların mühafizəsini və qaydalara uyğun saxlanmasını təmin etmək, müddəti bitmiş sənədlərin arxivləşdirilməsi prosesini icra etmək;
- 1C proqramı vasitəsilə anbar sorğularının və alış sifarişlərinin qeydiyyatını aparmaq, bu proseslərin düzgün və vaxtında icrasına nəzarət etmək;
- Rəhbərliyin görüş, iclas və müşavirələrinin keçirilməsi üçün inzibati dəstək göstərmək, texniki təminatı və gündəlikdəki məsələlərin qeydiyyatını aparmaq;
- Vətəndaş müraciətləri kitabının dövriyyəsini təşkil etmək, müraciətlərin düzgün qeydiyyatı və cavablandırılması prosesinə nəzarət etmək;
- Filiala daxil olan zənglərin və məlumat axınının koordinasiyasını təmin etmək, əlaqələrin operativ şəkildə qurulmasına dəstək vermək;
- Müəssisənin fəaliyyətinə dair mətbuatda dərc olunan materialları izləmək və onların məzmunu barədə rəhbərliyə məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqları vaxtında və dəqiqliklə icra etmək.
Tələblər
Təhsil: Ali və ya orta ixtisas təhsili;
Kompüter bilikləri: MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
Sənəd dövriyyəsi bilikləri:
- Müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydaları və dövlət sənəd dövriyyəsi prinsipləri barədə məlumatlılıq;
- Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və qorunması prosesini bilmək;
Ünsiyyət və yazışma bacarıqları:
- Şifahi və yazılı ünsiyyətdə aydın, nəzakətli və peşəkar olmaq;
- Rəhbərlik və əməkdaşlarla düzgün informasiya mübadiləsini təmin etmək;
Təşkilati və məsuliyyətli yanaşma:
- Tapşırıqları vaxtında və dəqiqliklə icra etmək;
- İşdə intizamlı, diqqətli və etibarlı olmaq;
- İnkişaf yönümlülük: Yeni proqram və sistemləri öyrənməyə açıq olmaq, idarəetmə və sənəd dövriyyəsi üzrə biliklərini artırmaq istəyi.