Kənd təsərrüfatı və ağır texnikalar üzrə elektrik mühəndisi

İşin təsviri

  • Traktorlar, kombaynlar, sprey cihazları, kotanlar, preslər və digər kənd təsərrüfatı texnikalarının elektrik sistemlərinin yoxlanılması və nasazlıqların aradan qaldırılması;
  • Elektrik avadanlıqlarında yaranan nasazlıqların diaqnostikasını aparmaq, diaqnostika alətlərindən (məsələn, multimetrlər, tester və kompüter əsaslı sistemlər) istifadə etməklə problemlərin müəyyənləşdirilməsi;
  • Yeni elektrik komponentlərinin (məsələn, sensorlar, GPS sistemləri, idarəetmə blokları) quraşdırılması və mövcud sistemlərin təkmilləşdirilməsi;
  • Elektrik sistemləri üzrə preventiv (profilaktik) texniki xidmət planlarına uyğun olaraq yoxlamaların və servis işlərinin aparılması;
  • Görülən işlər üzrə texniki sənədlərin, təmir jurnallarının və elektrik sxemlərinin hazırlanması və saxlanması;
  • Bütün elektrik işlərinin müvafiq texniki təhlükəsizlik normalarına və dövlət standartlarına uyğun aparılmasını təmin etmək;
  • Elektrik sistemləri üçün lazım olan ehtiyat hissələrinin (sensorlar, kabel, relələr, akkumulyatorlar və s.) siyahısının aparılması və sifarişlərin verilməsi;
  • Mexaniklər, texniklər və sahə mühəndisləri ilə birgə işləyərək nasazlıqların daha effektiv aradan qaldırılması.

Tələblər

  • Elektrik sxemlərini oxuma bacarığı;
  • PLC və avtomatika sistemləri barədə biliklər;
  • Kənd təsərrüfatı texnikası barədə texniki biliklər;
  • Təhlükəsiz iş metodlarına uyğun iş vərdişləri;
  • Texniki hesabatların hazırlanması;
  • Komanda ilə işləmək bacarığı.