Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;
Bu sahədə ən azı 3 illik iş təcrübəsi;
İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017 üzrə ən azı 1 üzrə aparıcı audit;
Müstəqi qərar vermə, liderlik, işin sərbəst aparılması.
Əlavə məlumat:
Müqavilə 1 illik sosial məzuniyyətdə olan əməkdaşı əvəzetmə üçün bağlanacaq, lakin gələcəkdə yeni vakansiyalar olduğu halda daxildən həmin əməkdaş dəyərləndirilə bilər;
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
Şirkətin İnteqrasiya edilmiş İdarəetmə Sisteminin tələblərinin tətbiq olunması, müvafiq sistemlərin effektivliyini və aktuallığını təmin etmək;
IMS çərçivəsində tələb olunan müvafiq daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, aktual vəziyyətdə saxlanması və idarə olunmasını təmin etmək;
IMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə edilməsi ilə bağlı tələb olunan qeydlərin yaradılması, saxlanması və idarə olunmasını təmin etmək;
Daxili sənədlərin hazırlanması və şirkətin müvafiq struktur bölmələri tərəfindən hazırlanan daxili sənədlərin ilkin yoxlanışında iştirak etmək;
Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək;
Daxili sənədlərin müvafiq qaydada qeydiyyatı və saxlanmasını təmin etmək;
Daxili sənədləri şirkət daxilində müvafiq qaydada yayımlamaq, sənədlərin müvafiq istifadəçi kütləsi üçün əlçatanlığının təmin etmək;
Daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə edilən alətlər üzrə müvafiq işçi heyətinin təlimatlandırılmasını təmin etmək və təlimlərin keçirilməsində iştirak etmək;
IMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərin keçirilməsində iştirak etmək və ya bilavasitə daxili auditlər aparmaq;
IMS-in effektivliyini qiymətləndirmək məqsədilə Rəhbərlik Təhlilini (Management Review) təşkil etmək və təhlil prosesində iştirak etmək;
Auditlər və ya digər qiymətləndirmələr zamanı aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaq üçün effektiv düzəldici tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsini təmin etmək;
Potensial keyfiyyət problemlərinin qarşısını almaq üçün effektiv qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və həyat keçirilməsini təmin etmək;
Keyfiyyət və proses performansını qiymətləndirmək üçün effektiv monitorinq və ölçmə proseslərinin hazırlanması, tətbiqi və toplanmış məlumatların təhlilini təmin etmək;
Müvafiq qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək;
Müştəri məmnuniyyətinin ölçülməsi, keyfiyyət problemlərinin müəyyən edilməsi üçün daxil olan geri bildirimlərin təhlili və müştəri şikayətlərinin idarə olunmasını təmin etmək;
Təchizatçıların keyfiyyət performansının monitorinqi və qiymətləndirilməsini təmin etmək, ehtiyac olduğu halda təchizatçıların auditində iştirak etmək;
Obyektlər, avadanlıqlar və sistemlər daxil olmaqla, uyğun keyfiyyət infrastrukturun inkişafı və saxlanmasına dəstək göstərmək;
Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək.