İşin təsviri
- Şirkətin Keyfiyyət və SƏTƏM strategiyasına uyğun işlərin aparılması və tətbiqi;
- Şirkət daxilində Keyfiyyət və SƏTƏM mədəniyyətinin formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
- Keyfiyyət və SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi işinin təşkili;
- Baş ofis və filiallarda aparılan işlərin Keyfiyyətə Nəzarət standartlarına və prosedurlara uyğunlaşdırılması;
- Müvafiq olaraq Keyfiyyətə Nəzarət prosesi üzrə cari prosedurların reviziya edilməsi, lazım gələrsə yeni prosedur, forma və təlimatların hazırlanması üçün təşəbbüs göstərilməsi;
- İstehsal olunan xam pambıq və mahlıc üçün keyfiyyət tələblərinin (meyarlarının) təyini və tətbiq edilməsi, prosesin bu istiqamətdə aparılması üçün lazımi resursların cəlb edilməsi;
- İstehsal olunan məhsullarda aşkarlanmış uyğunsuzluqların qeydiyyatı və aradan qaldırılması prosesinin təşkili;
- İstehsal olunan məhsulların sınağı və qablaşdırılması prosesinə nəzarət;
- Satınalma tələblərində keyfiyyət meyarlarının yoxlanılması;
- Xarici və daxili audit proseslərinin şirkət daxilində aparılmasının koordinasiyası;
- Şirkət daxilində müvafiq İSO standartları üzrə (İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017) proseslərdə iştirak və inteqrə olunmuş idarəetmə sisteminin bu standartlara əsasən tətbiqi, mövcud proseslərin uyğunlaşdırılması;
- Sənədləşdirilmiş məlumatların idarə olunması prosesinə uyğun olaraq, lazım gələrsə məlumat bazasının yaradılması və mövcud məlumatların analiz edilərək prosesin inkişafı üçün addımların atılması.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili (magistr təhsili üstünlükdür);
- Menecer vəzifəsində ən azı 3 illik iş təcrübəsi;
- Ümumi 10 ildən artıq iş təcrübəsi;
- İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 17025:2017 üzrə məlumatlandırma sertifikatının, həmçinin daxili auditor sertifikatının olması üstünlükdür;
- Müstəqil qərarvermə və liderlik səriştələri.