İşin təsviri
- Təsdiq edilmiş yoxlama və sınaq planına (ITP) uyğun olaraq yoxlamaların aparılması, tələb olunan sənədlərin doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması;
- İstehsal/emal proseslərinə nəzarət edilməsi;
- Daxil olan mal-materialın tələblərə uyğunluğunun və tamlığının (xarici zədələrin) yoxlanılması;
- Keyfiyyətə nəzarət prosedurlarının tətbiq edilməsi;
- Fəaliyyətindən irəli gələn yerli qanunvericiliyin, həmçinin Cəmiyyətin təsdiq etdiyi bütün siyasət, prosedur, təlimat, kodeks, qayda və əmrlərin tələblərinə riayət olunması;
- Mal-materialın və hazır məhsulun anbarlarda saxlanması prosedurlarının tələblərinə riayət olunmasına nəzarət edilməsi;
- Müəyyən edilmiş zaman aralığında təsdiq olunmuş müşahidə və nəzarət-yoxlamalarının aparılması, müvafiq formaların doldurulması, hesabatların hazırlanması və müvafiq server qovluğunda saxlanılması.
Tələblər
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- ISO 9001:2015 sertifikatı;
- İngilis dili biliyi;
- Kənd təsərrüfatı sahəsində təcrübə üstünlükdür;
- Komandada işləmə, əməkdaşlıq və effektiv ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik, detallara diqqət və vaxtın düzgün idarə edilməsi bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Hesabatların hazırlanması və sənədləşmə işlərində dəqiqlik.