İşin təsviri
• Xammalın qəbulunu, lotlama prosesini və ilkin keyfiyyət göstəricilərinin yoxlanılmasını təmin etmək.
• Mahlıc kiplərindən götürülən nümunələrin laborator analizlərinin təşkili və nəticələrinə nəzarət etmək.
• Kiplərin açılması, didilməsi, təmizləmə və qarışdırılma mərhələlərində texnoloji parametrlərin keyfiyyət tələblərinə uyğunluğunu izləmək.
• Daranma, paralelləşmə və əyrici mərhələlərində yarımfabrikat və ipliyin keyfiyyət göstəricilərini (bərabərlik, qüsur, möhkəmlik və s.) yoxlamaq.
• Fiksaj və qablaşdırma mərhələlərində hazır məhsulun müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək.
• Təsdiq olunmuş yoxlama və sınaq planına uyğun olaraq vizual müayinə və laborator analizlər aparmaq.
• Uyğunsuzluqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması ilə bağlı təkliflər vermək.
• Analiz nəticələrini təhlil etmək, müvafiq qeydiyyat və hesabat sənədlərini aparmaq.
• Ölçmə və laborator avadanlıqlarının düzgün istismarı və texniki vəziyyətinə nəzarət etmək.
• Şirkətin daxili prosedurlarına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
• Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.
Tələblər
• Tekstil mühəndisliyi, texnologiya, kimya mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil.
• İplik istehsalı və ya tekstil sənayesində minimum 1–2 il iş təcrübəsi.
• Tekstil xammalının və ipliyin keyfiyyət göstəriciləri, təsnifat meyarları və texnoloji proseslər üzrə biliklər.
• Laborator analiz metodları və ölçmə cihazları ilə işləmə bacarığı.
• ISO 9001 və digər keyfiyyət idarəetmə standartları barədə məlumatlılıq.
• MS Office proqramları ilə işləmə bacarığı.
• Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.
• Komanda ilə işləmək və operativ qərarvermə bacarığı.