İşin təsviri
- Müəssisədə məhsul, xidmət və proseslərin müəyyən edilmiş standartlara, normativ sənədlərə və daxili prosedurlara uyğunluğunu təmin etmək;
- Müəssisədə tətbiq olunan keyfiyyət standartlarının (ISO və digər aidiyyəti standartlar) tələblərinin icrasına nəzarət etmək;
- Sertifikatlaşdırma auditlərinə hazırlıq işlərini təşkil etmək və əlaqələndirmək;
- Audit nəticələrinə əsasən aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq;
- Uyğunluq yoxlamalarının nəticələrini təhlil etmək;
- Məhsul, xidmət və istehsalat prosesləri üzrə keyfiyyət göstəricilərini toplamaq və təhlil etmək;
- Təkrarlanan uyğunsuzluqları və risk faktorlarını müəyyən etmək;
- Təchizatçılarla bağlanılan müqavilə və razılaşmaların keyfiyyət hissələrinin hazırlanmasına və razılaşdırılmasına dəstək vermək;
- Təchizatçılar tərəfindən təqdim edilən məhsul və xidmətlərlə bağlı keyfiyyət problemlərinin araşdırılmasında iştirak etmək;
Tələblər
- ISO 9001 və digər aidiyyəti idarəetmə sistemləri üzrə əsas tələbləri bilmək;
- Keyfiyyət idarəetmə prinsiplərini bilmək;
- Audit metodologiyalarını bilmək;
- Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq;
- Risklərin idarə olunması prinsiplərini bilmək.