Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət üzrə regional mütəxəssis (Bərdə/İmişli)

İşin təsviri

· Region üzrə filiallarda xam pambığın və emal məhsullarının keyfiyyətinə nəzarət və keyfiyyət təminatının həyata keçirilməsi.

· Xam pambığın təsnifat qaydalarının öyrənilməsi, tətbiqi və filiallar üzrə düzgün icrasına nəzarət etmək.

· Xam pambığın tədarükü, qəbul olunması, saxlanması və emal proseslərinin region üzrə keyfiyyət standartlarına uyğunluğunu təmin etmək.

· Filiallara daxil olan xam pambığın və digər ehtiyatların keyfiyyətini yoxlamaq və standart/texniki şərtlərə uyğunluğunu qiymətləndirən rəylər hazırlamaq.

· İstehsalat və emal prosesinin bütün mərhələlərində, anbarlarda və filiallarda məhsulların düzgün saxlanmasına nəzarəti təşkil etmək.

· Keyfiyyətin təminatı və nəzarət sistemlərinin region üzrə tətbiqi, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq.

· Keyfiyyətsiz xam pambıq və məhsulların uçotunu aparmaq, səbəblərini təhlil etmək və məsul şəxslərin uçotunun region üzrə aparılması.

· Qüsurlu xam pambığın düzəldilməsi və ya əvəzlənməsi üçün filiallara tövsiyə və təlimatlar vermək.

· Region üzrə ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və monitorinqini təmin etmək.

· Keyfiyyətə nəzarət prosedurlarının region üzrə vahid standartlara uyğun tətbiqini təmin etmək.

· Region üzrə filiallardan alınan məlumatlara əsaslanaraq mütəmadi hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

· Filiallar səviyyəsində keyfiyyət komandalarının təlimini və inkişafını təşkil etmək, ən yaxşı təcrübələrin region üzrə paylaşılmasını təmin etmək.

Tələblər

· Keyfiyyətin təminatı, keyfiyyətə nəzarət, aqrar sahə, texnologiya və ya müvafiq sahədə ali təhsil;

· Xam pambığın tədarükü və emalı sahəsində 3-5 il iş təcrübəsi, regional səviyyədə koordinasiya üstünlükdür;

· Xam pambığın təsnifat qaydaları, keyfiyyət göstəriciləri və normativ tələbləri üzrə bilik;

· Keyfiyyət idarəetmə sistemləri (ISO 9001 və ya sahəyə uyğun standartlar) üzrə bilik;

· Analitik düşüncə, problem həll etmə və filiallararası koordinasiya bacarığı;

· Yaxşı kommunikasiya və hesabat hazırlama bacarığı;

· Region üzrə ezamiyyətlərə hazır olmaq və filiallarla operativ işləmək