İşin təsviri
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqrotexniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təşkili və su itkisinin azaldılmasını təmin etmək;
- Torpağın kimyəvi analizini aparmaq, bitkinin inkişaf fazasına uyğun yemləmə rasionlarını (gübrələmə, mineral maddələrin verilməsi və s.) müəyyən etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyənləşdirmək, xəstəlik və zərərvericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə olunmasını təmin etmək, əməyin düzgün təşkili və iş normalarının yerinə yetirilməsini təmin etmək;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun toxum seçimini və səpin müddətini müəyyənləşdirmək;
- Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramlar hazırlamaq;
- Bitkinin vegetativ inkişafına uyğun kultivasiya (bəsləmə) və yemləmə qaydalarına əməl etmək;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər irəli sürmək və tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Torpağın vaxtında əkinə hazırlanmasını, məhsulun becərilməsini və yığılmasını təmin etmək;
- Həyata keçirilən işlərin hesabatlılığını aparmaq.
Tələblər
- Təhsil: Ali təhsil;
- Təcrübə: Tələb olunmur;
- Kompüter bilikləri: MS Office proqramlarını bilmək (üstünlükdür)