İşin təsviri
- Mal-materialların daxilolma, silinmə və hərəkət əməliyyatlarının uçotunun aparılması
- İdxal və ixrac əməliyyatlarının, eləcə də gömrük sənədlərinin düzgün şəkildə rəsmiləşdirilməsi və uçota alınması
- Malların maya dəyərinin düzgün formalaşdırılması və xidmət xərclərinin aidiyyəti bölmələr üzrə bölüşdürülməsi
- Maliyyə sənədləri və əməliyyatlarının daxili qaydalara və qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanılması
- Mal-material və xidmətlərin daxilolma sənədlərinin toplanması və müqavilə şərtlərinə uyğunluğunun təmin edilməsi
- 1C proqramında mal-material və xidmətlərin düzgün şəkildə qeydiyyatının aparılması
- Tədarükçülərlə üzləşmələrin aparılması və uyğunluq aktlarının tərtib olunması
- Debitor və kreditorlarla hesablaşmaların nəzarətdə saxlanılması
- Müvafiq maliyyə hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim olunması
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak
- Vergi və audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanmasında iştirak
- Gündəlik mühasibat əməliyyatlarının təhlili və rəhbərliyə dəqiq və vaxtında maliyyə məlumatlarının təqdim olunması
Tələblər
- Maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində ali təhsil
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklər
- ACCA-nın MA, FA və FR sertifikatlarının mövcudluğu arzuolunandır
- 1C 8.3 mühasibat proqramında işləmək bacarığı
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı
- Analitik düşünmə qabiliyyəti və detallara yüksək diqqət
- Komandada işləmək bacarığı və vəzifəyə məsuliyyətli yanaşma