İşin təsviri
- Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək vermək, məzuniyyət və ezamiyyət zamanı onu əvəz etmək;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Kənd təsərrüfatı texnikalarının və digər nəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onların ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar aparmaq və aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək;
- Ehtiyat hissələrinin düzgün və qənaətbəxş istifadə olunmasına nəzarət etmək;
- Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil etmək;
- Köhnəlmiş avadanlıqları və ehtiyat hissələrini müəyyən etmək və onların təmirini növbələşdirmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;
- Materialların və ehtiyat hissələrinin düzgün ölçüsünü, növünü və sayını müəyyənləşdirmək, onları əldə etmək və işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
- İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və nəzarət tədbirləri görmək;
- İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;
- Təlimat kitabçasına istinad edərək təmir ilə bağlı tələb olunan məlumatları əldə etmək və onların iş prosesində tətbiqini təmin etmək;
- Hissələrin sökülməsi və yararlılığının qiymətləndirilməsi məqsədilə texniki xidmət və ya təmir tələblərini müvafiq qulluq sənədlərinə uyğun şəkildə müəyyənləşdirmək;
- Təmir işlərinin protokollaşdırılmasını düzgün şəkildə yekunlaşdırmaq, nəqliyyat vasitələrinə və avadanlıqlara gələcəkdə ediləcək qulluq tələblərinin müəyyənləşdirilməsi üçün müvafiq işçi heyətinə təqdim etmək;
- İşə başlamazdan əvvəl tabeliyində olan işçiləri təlimatlandıraraq təmir prosesinə hazırlamaq;
- Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
- Təmir üçün lazım olan alət və avadanlıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
- İstifadə olunan materiallar və tətbiq edilən metodlar daxil olmaqla proseslərin qeydiyyatını aparmaq;
- Xidmət barədə hesabatı rəhbərliyə təqdim etmək;
- Bütün fəaliyyətində yüksək etik standartları, məxfiliyi və şəffaflığı qoruyub saxlamaq;
- Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək.
Tələblər
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – səlis; rus və ingilis dilləri arzuolunandır;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, istismar qaydalarını və təmir metodlarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normalarını bilməli;
- Sürücülük vəsiqəsinin olması;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Analitik düşüncə, liderlik, ünsiyyət, məntiqi düşünmə və qərarvermə bacarıqla