İşin təsviri
- Baş nəqliyyat mexanikinə gündəlik fəaliyyətlərdə texniki dəstək göstərmək;
- Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin gündəlik işə hazırlığını təmin etməkdə iştirak;
- Hissə və qovşaqların vizual texniki baxışının həyata keçirilməsində iştirak etmək.
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması proseslərində iştirak;
- Təmir işlərinin aparılması zamanı texniki heyətə yardımçı olmaq;
- Alət və avadanlıqların düzgün istifadəsinə və nasazlıq vəziyyətlərinə nəzarətdə dəstək.
- Lazımi ehtiyat hissələrinin ölçüsü, növü və uyğunluğunun yoxlanması prosesində iştirak;
- Yedək hissələrin qənaətcil istifadəsinin təmin edilməsində nəzarət fəaliyyətinə dəstək.
- Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmək;
- İş ərazisinin tələblərə uyğun hazırlanması və risklərin vaxtında müəyyən edilməsi prosesinə cəlb olunmaq.
- Təmir və xidmət işləri üzrə məlumatların toplanması və protokollaşdırılmasına dəstək;
- Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak;
- Təlimat kitabçaları və texniki sənədlərlə tanış olmaq, müvafiq bilikləri öyrənmək.
Tələblər
🎓 Təhsil:
- Ali təhsil;
- (Mexanika, kənd təsərrüfatı texnikası, avtomobil nəqliyyatı, texniki xidmət və ya əlaqəli sahələr üzrə).
🛠 Təcrübə:
- Təcrübə tələb olunmur
- (Bu sahədə işləmək və praktiki bilik qazanmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulur).
🌐 Dil bilikləri:
- Azərbaycan dili – sərbəst yazı və danışıq bacarığı;
- İngilis dili – arzuolunandır.
💻 Kompüter bilikləri:
- MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word);
- Texniki sənədlərlə tanış olmaq və əsas qeydiyyat işlərini aparmaq bacarığı.
⚙️ Texniki və sahə üzrə ilkin biliklər:
- Kənd təsərrüfatı texnikasının əsas hissələri və funksiyaları barədə ümumi anlayışlar;
- Texniki xidmət və sadə təmir prinsipləri barədə ilkin biliklər;
- Nasazlıqların müşahidə olunması və əsas texniki yoxlamaların izahını anlama bacarığı;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat qaydalarına dair ümumi məlumat;
- Avadanlıq və alətlərin adları, istifadə məqsədi və təhlükəsiz istifadəsi barədə baza səviyyəsində biliklər.
🎯 Təklif edirik:
- Sahədə real şəraitdə praktiki təcrübə qazanmaq imkanı;
- Təcrübəli mexaniklərin rəhbərliyi altında peşəkar bacarıqların inkişafı;
- Yaxşı nəticə göstərən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanı və karyera yüksəlişi;
- Təcrübə müddətinin sonunda rəsmi tövsiyə məktubu və iştirak sertifikatı.