İşin təsviri
- Mexaniki təmir sexində təmir işlərinə rəhbərlik edir;
- Torna və frez dəzgahlarının yararlı vəziyyətdə və təhlükəsiz işləməsinə nəzarət edir;
- Sexlərdən daxil olan detalların ölçülərə uyğun emalı üzrə sifarişləri qəbul edir və yerinə yetirilməsinə nəzarət edir;
- Sexin səliqəli-sahmanlı və təhlükəsiz vəziyyətdə saxlanmasına cavabdehdir;
- Zərurət olduqda müəssisə ərazisində abadlıq və təmizlik işlərini həyata keçirir;
- Avadanlıqların fasiləsiz və texniki cəhətdən düzgün istismarını, etibarlı işini və saz vəziyyətdə tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
- Avadanlıqların təmiri və istismarı üzrə material sərfi sənədlərinin hazırlanmasına, təmir işlərinin keçirilməsinə, smeta xərclərinin hesablanmasına, ehtiyat hissələri və materialların alınması üçün ərizələrin tərtibinə rəhbərlik edir;
- Təmirarası xidmətin, təmir işlərinin vaxtında və keyfiyyətlə keçirilməsinin, qurğuların vəziyyətinə texniki nəzarətin təşkilini təmin edir;
- Köhnəlmiş avadanlıq və obyektləri müəyyən edir və Baş mühəndisə məruzə edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir.
Tələblər
- Avadanlıqların saz və fasiləsiz işləməsini təmin etmə bacarığı olmalıdır;
- Nasazlıqlar barədə gündəlik Baş mexanikə vaxtında məruzə etməlidir;
- Təmirdən sonra avadanlıqların qəbul-təhvil prosesini düzgün təşkil etməlidir;
- Mexaniki təmir sexində işə rəhbərlik və işin planlaşdırılması bacarığına malik olmalıdır;
- Torna və frez dəzgahlarının iş prinsiplərini bilməli, onların təhlükəsiz işləməsinə nəzarət edə bilməlidir;
- Sexlərdən daxil olan detallar üzrə sifarişləri qəbul etməli, ölçülərə uyğun emalı təşkil etməli və icraya nəzarət etməlidir;
- Sexdə səliqə-səhmanı və təhlükəsizliyi təmin etməlidir;
- Müəssisə ərazisində abadlıq və təmizlik işlərini icra etməyə hazır olmalıdır;
- Avadanlıqların texniki cəhətdən düzgün istismarını, fasiləsiz və etibarlı işini təmin edə bilməlidir;
- Profilaktik baxım və təmir planlarını tərtib edib icra etməyi bacarmalıdır;
- Təmir, təmir-istismar və material sərfi üzrə sənədləşməni düzgün aparmağı, smeta xərclərini hesablamağı bacarmalıdır;
- Ehtiyat hissələri və materialların alınması üçün ərizələri tərtib etməyi və icrasını izləməyi bacarmalıdır;
- Təmirarası xidmətin və planlı təmir işlərinin vaxtında və keyfiyyətlə keçirilməsini təşkil edə bilməlidir;
- Qurğuların vəziyyətinə texniki nəzarət həyata keçirməli, köhnəlmiş avadanlıqları müəyyən edib Baş mühəndisə məruzə etməlidir;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməli və praktikada tətbiq etməlidir;
- Texniki rəsmlərlə işləməyi və ölçü alətlərindən düzgün istifadə etməyi bacarmalıdır.