İşin təsviri
- Filiallar üzrə texnoloji proseslərə hazırlıq məqsədilə ehtiyat hissələrinin siyahılarının hazırlanması, yoxlanması və təsdiqlənməsi;
- Filialların illik və mövsümi əməliyyat planlarına uyğun olaraq texnika və aqreqatların ehtiyat hissələri üzrə toplum sifarişlərinin formalaşdırılması və təqdim edilməsi;
- Toplum və adi sifarişlərin alış prosesinin izlənməsi, tədarük mərhələlərinin vaxtında tamamlanmasına nəzarət;
- Alış prosesi yekunlaşdıqdan sonra alınan ehtiyat hissələrinin bölgü siyahılarının tərtibi və filiallara yönləndirilməsi;
- Filiallarda mövcud olan emal texnikalarının işinin təşkili, texniki xidmət, təmir və servis proseslərinin koordinasiyası;
- 3-cü tərəf servis şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmir və texniki xidmət işlərinin düzgün icrasına nəzarət;
- Filiallarda aparılan təmir proseslərinin operativ izlənməsi, ehtiyat hissələri üzrə daxil olan tələblərin texniki və iqtisadi baxımdan doğruluğunun yoxlanması;
- Kombayn Təmir Mərkəzlərinin (KTM) fəaliyyətinin təşkilində iştirak etmək, təmir və texniki xidmət proseslərinin sənədləşməsinə nəzarət;
- Texnikaların mövsümi hazırlıq vəziyyətinə dair aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Ehtiyat hissələri üzrə anbar qalığı və dövriyyə məlumatlarının təhlili, təkmilləşdirmə üzrə təkliflərin hazırlanması;
- Təmir və texniki xidmət proseslərində keyfiyyət standartlarının qorunmasına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət.
Tələblər
- Ali texniki təhsil (mexanizasiya, aqrotexnologiya, mühəndislik və ya əlaqədar sahələr üzrə);
- Minimum 8 il iş təcrübəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və mexanizasiya sahəsində rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür;
- Ehtiyat hissələri, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər;
- Analitik düşüncə və operativ qərarvermə bacarığı, texniki nasazlıqların səbəb-nəticə əlaqəsini təhlil edə bilmək;
- Planlaşdırma və koordinasiya bacarığı, çoxşaxəli iş axınlarını eyni zamanda idarəetmə qabiliyyəti;
- Komanda ilə işləmək, müxtəlif filial və bölmələrlə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, texniki hesabatların hazırlanması bacarığı;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- Ezamiyyətlərə və filiallararası səyahətlərə hazır olmaq.