İşin təsviri
- İşçilərin əməkhaqqı və digər ödənişlərinin (məzuniyyət, xəstəlik vərəqəsi, bonus, ezamiyyə və s.) düzgün və vaxtında hesablanmasını təmin etmək;
- Gəlir vergisi, sosial sığorta (DSMF), işsizlik və icbari tibbi sığorta ödənişlərini hesablayaraq müvafiq qurumlara təqdim etmək;
- Əməkhaqqı ilə bağlı aylıq və rüblük hesabatların hazırlanması və təqdim olunması;
- Əməkhaqqı üzrə məxfi məlumatların qorunmasını və müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək;
- Mühasibatlıq sistemində əməkhaqqı məlumatlarını işləmək və yeniləmək;
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və praktikada tətbiq etmək.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Əməkhaqqı sahəsində minimum 2 il iş təcrübəsi;
- Vergi və əmək qanunvericiliyi üzrə möhkəm biliklər;
- 1C 8.3, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı;
- Diqqətcil, dəqiq və yüksək məsuliyyət hissinə malik olmaq;
- Hesabatların hazırlanması üzrə praktiki təcrübə.