İşin təsviri
- Bank əməliyyatlarının (ödəniş tapşırıqları, köçürmələr və s.) hazırlanması və icrası;
- Malların və xidmətlərin alışının 1C mühasibatlıq sistemində uçota alınması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Müəssisənin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak;
- Təchizatçılar və müştərilərlə hesablaşmaların aparılması, uyğun aktların, müqavilələrin izlənməsi;
- Mühasibatlıq sənədlərinin düzgün və vaxtında tərtib olunmasına nəzarət;
- Audit və yoxlama proseslərində və rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim olunması.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi üzrə biliklər;
- Elektron vergi və DSMF portalları ilə işləmə bacarığı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı (xüsusilə Excel);
- Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı.