İşin təsviri
- Debitor və kreditor hesablarının düzgün və vaxtında uçotunun aparılması
- Debitor və kreditorlarla hesablaşmaların nəzarətdə saxlanılması, uyğun akt və digər sənədlərin hazırlanması
- Kontragentlər üzrə müqavilələrin və ödəmə şərtlərinin izlənilməsi
- Hesab-fakturaların, təhvil-təslim aktlarının və ödəniş sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi
- e-taxes.gov.az portalı üzərindən elektron qaimələrin işlənməsi və nəzarətdə saxlanılması
- 1C mühasibat proqramında kontragentlərin və müqavilələrin yaradılması və düzgün sistemləşdirilməsi
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak
- Rəhbərliyə debitor və kreditor borcları üzrə hesabatların hazırlanması və təqdim edilməsi
- Aylıq üzləşmələrin aparılması və uyğunsuzluqların aradan qaldırılması
- Vergi və audit yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanmasında iştirak
Tələblər
- Maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində ali təhsil
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- İFRS üzrə biliklər (ACCA FA, ACCA FR olması arzuolunandır)
- e-taxes.gov.az portalında sərbəst işləmək bacarığı
- 1C 8.3 proqramında sərbəst işləmək bacarığı
- Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Analitik düşünmə və detallara diqqət
- Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma