Mühasib (Sabirabad Regional İFT ofisi)

İşin təsviri

  • E-qaimələr, bank əməliyyatlarının 1C proqramına işlənməsi;
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • Vergi və mühasibat uçotunu aparmaq;
  • Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
  • Debitor və kreditor hesablaşmaları aparmaq;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika, Mənfəət vergisi hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək.

Tələblər

  • Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Vergi və mühasibat uçotu qanunvericiliyi üzrə biliklər;
  • 1C və MS Excel proqramlarında işləmək bacarığı.