Nəqliyyat çilingəri (Ağdam)

8 Sentyabr 2025

İşin təsviri

  • Kənd təsərrüfatı texnikalasının istismarı və təmir prosesində yoxlama zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması;
  • Kənd təsərrüfatı texnikasının və digər aqreqatların təmiri, baxımı və təhlükəsiz şəkildə istismarının təmin edilməsi;
  • Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrinin yoxlanılması və lazımi təmir işlərinin icra edilməsi;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq;
  • Qüsurlu, köhnəlmiş, zədələnmiş və ya təhlükəli hissələri iş cədvəlinə uyğun şəkildə əvəzləmək, təmir etmək və ya bərkitmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq:
  • Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək.

Tələblər

  • Nəqliyyat vasitələrinin detallarının və hissələrinin bərpa üsullarını, avadanlıqların işləyən hissələrinin yüklənmə hədlərini, nasazlıq və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilmək;
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Məsuliyyətli, işgüzar, dürüst və çevik olmaq;
  • Komandada işləmək, yaxşı ünsiyyət qurmaq və gərgin iş rejimində fəaliyyət göstərmək bacarığı;
  • Kənd təsərrüfatı texnikalarının texniki xüsusiyyətlərini, istismar və təmir qaydalarını bilmək.