İşin təsviri
- Fəaliyyət sahəsi üzrə filialın Baş nəqliyyat mexanikinə dəstək göstərmək və onun məzuniyyət və ezamiyyəti zamanı funksiyalarını əvəz etmək;
- Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarı və saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Nəqliyyat vasitələrinin gündəlik baxışını və işə hazırlanmasını həyata keçirmək;
- Nasazlıqların vaxtında müəyyən olunması və operativ aradan qaldırılması üçün texniki yoxlamalar aparmaq;
- Ehtiyat hissələrinin qənaətcil və düzgün istifadəsinə nəzarət etmək;
- Təmirin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, avadanlıqların modernləşdirilməsinə və texniki nəzarətə rəhbərlik etmək;
- Köhnəlmiş və yararsız ehtiyat hissələrinin təyini və onların təmir cədvəllərinə uyğun yenilənməsini təmin etmək;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Lazımi material və ehtiyat hissələrinin ölçüsü, tipi və uyğunluğunu müəyyənləşdirmək, təminatını təşkil etmək;
- İş planına uyğun potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirləri həyata keçirmək;
- Təmirə hazırlıq məqsədilə iş ərazisini və avadanlığı hazırlamaq;
- Təlimat kitabçalarına əsasən lazımi texniki məlumatları tətbiq etmək və iş zamanı istifadə etmək;
- Hissələrin sökülməsi və yararlılığının texniki sənədlərə uyğun qiymətləndirilməsini təmin etmək;
- Təmir prosesinin protokollaşdırılmasını düzgün şəkildə həyata keçirmək, gələcək qulluq üçün məlumatları aidiyyəti işçilərlə paylaşmaq;
- İşə başlamazdan əvvəl tabeçiliyində olan işçiləri təlimatlandırmaq;
- Təmir işlərinin ardıcıllığını və proseslərin planlamasını həyata keçirmək;
- İstifadə olunan alət və avadanlıqların nasazlıq və istismar qüsurlarını yoxlamaq;
- İstifadə olunan materiallar və tətbiq olunan metodlar üzrə proses qeydlərinin aparılması;
- Xidmət və texniki fəaliyyətlə bağlı hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələblər
Təhsil:
- Ali texniki təhsil.
İş təcrübəsi:
- Müvafiq sahədə 1–3 il iş təcrübəsi.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst.
Kompüter bilikləri:
- Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı.
Texniki bilik və bacarıqlar:
- Kənd təsərrüfatı texnikası və digər nəqliyyat vasitələrinin texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi və istismar qaydaları, təmir metodlarını bilmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə normalarına bələdlik;
- Sürücülük vəsiqəsinə sahib olmaq;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Analitik düşüncə, liderlik və qərar qəbuletmə bacarıqları.