İşin təsviri
- Pambıq mahlıcından və digər müvafiq partiyalardan təsdiq olunmuş metodikaya əsasən nümunələrin götürülməsi;
- Götürülmüş nümunələrin düzgün şəkildə etiketlənməsi, qeydiyyat cədvəllərinə əlavə olunması və laboratoriyaya təqdimata hazır vəziyyətdə saxlanılması;
- Nümunələrin zədələnmədən, qarışmadan və vaxtında laboratoriyaya çatdırılmasının təmin olunması;
- Nümunə götürülməsi zamanı istifadə olunan bütün alət, qab və vasitələrin təmizliyinə, texniki sazlığına və təhlükəsizliyinə nəzarət;
- Gündəlik hesabatların, nümunə qeydiyyat jurnallarının və müşayiətedici sənədlərin tam və düzgün şəkildə aparılması;
- Laboratoriya və keyfiyyətə nəzarət komandası ilə mütəmadi əlaqə və operativ məlumat mübadiləsi;
- İş zamanı əmək, texniki təhlükəsizlik və gigiyena qaydalarına ciddi əməl edilməsi;
- Nümunə götürmə prosesində yaranan hər hansı uyğunsuzluqlar və texniki problemlər barədə dərhal məsul şəxsə məlumat verilməsi;
- Şirkətin regionlar üzrə yerləşən pambıq emalı məntəqələrinə ezamiyyətli şəkildə səfərlərin həyata keçirilməsi, orada nümunə götürmə işlərinin aparılması və yerində keyfiyyət nəzarətinin dəstəklənməsi;
- Zərurət yarandıqda mövsümi və ya fasiləsiz əsasda regionda işləməyə hazırlıq.
Tələblər
- Orta və ya orta texniki təhsil (laboratoriya, aqrar və ya texnoloji sahə üzrə təhsil üstünlük hesab olunur);
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır, lakin tələb olunmur – yeni işçilər üçün ilkin təlimlər təşkil olunur;
- Texniki təlimatlara və nümunə götürmə prosedurlarına dəqiqliklə riayət etmə bacarığı;
- Məsuliyyətli, diqqətli, operativ və fiziki baxımdan sağlam olmaq;
- Çöl şəraitində və regionlarda işləməyə tam uyğunluq;
- Ezamiyyətlərə açıq olmaq və şirkətin müxtəlif emal məntəqələrində mütəmadi işləməyə hazır olmaq;
- Komanda ilə işləmək bacarığı, keyfiyyət və təhlükəsizlik standartlarına yüksək sadiqlik;
- Şəxsi avtomobilin olması zəruridir (şirkət tərəfindən yanacaq kartı ilə təmin olunur);
- Əmək intizamına, təhlükəsizlik və gigiyena qaydalarına əməl etmə vərdişi.