İşin təsviri
- Növbə rəisinin və İstehsalat rəisinin göstərişi əsasında Harman-Hallac, Daraq, Cer, Fitil, Ring və Bobin sahəsinin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;
- Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyyat hissələrinin hazır olmasını təmin etmək;
- Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;
- Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
- İsitmə/soyutma sisteminin rütubət, hərarət, sovurma kanallarını təmizləmək, filterlərini vaxtında dəyişdirmək;
- Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;
- Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlankı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
- Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
- Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək;
- Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə edərək vəzifə öhdəliklərini yerinə yetirmək və bunun üçün daim öz üzərində işləmək
Tələblər
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır);
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
- Orta təhsil;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Komandada işləmə bacarığı;
- Diqqətlilik;
- Məsuliyyətlilik.
Əlavə məlumat:
- İş qrafiki: Növbəli;
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2;
- Nahar şirkət tərəfindən təmin edilir.