İşin təsviri
- Məhsul istehsal etmək, birləşdirmək və ya nəql etmək üçün xüsusi maşınlardan istifadə etmək;
- Maşınları kifayət qədər xammal ilə təmin etmək üçün ilk məhsul nəzarətini və operator aralıq nəzarətini yerinə yetirmək;
- Maşının parametrlər cədvəlinə uyğun olaraq işləməyinə nəzarət etmək;
- Cütləmə sahəsindən gələn müxtəlif növ ipliklərin növünə və nömrəsinə görə büküm maşınlarına doldurulmasını təmin etmək;
- Hazır məhsulları paketləmə sahəsinə təhvil vermək;
- Gigiyenik və nizamlı iş mühiti yaratmaq üçün obyektin təmizliyini və qaydasını təmin etmək;
- İstehsalat prossesinin gedişatına və hansı prossesin hansı həcmdə getməyinə diqqət yetirmək;
- Fərdi mühafizə vasitələrinin istifadəsinə, təhlükəsizlik tədbirlərinə diqqət yetirməklə, avadanlığın təmizliyini fasiləsiz surətdə aparmaq;
- Növbə ərzində baş verə biləcək qüsur, qəzalar, yanğın təhlükəsi haqqında dərhal rəhbərliyə xəbər vermək;
- İşin sonunda iş sahəsini və avadanlıqları təmiz və səliqəli şəkildə təhvil vermək;
- İş vaxtı aidiyyatı iş yerində olmaq, verilən tapşırığı düzgün və təhlükəsiz yerinə yetirmək;
- İstehsalat prosesinin fasiləsiz və qəzasız aparılmasına diqqət etmək.
Tələblər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
- Orta təhsil;
- Şifahi və yazılı ünsiyyət bacarıqları;
- Komandada işləmə bacarığı;
- Diqqətlilik;
- Məsuliyyətlilik.
Əlavə məlumat:
- İş qrafiki: Növbəli;
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi 2;
- Nahar şirkət tərəfindən təmin edilir.