İşin təsviri
- Regional bölmələrdə işçi ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul proseslərinin koordinasiyasında İnsan Resursları şöbəsinə dəstək göstərmək;
- Namizəd məlumat bazasının formalaşdırılması, yenilənməsi və mütəmadi idarə olunması;
- İlkin müsahibələrdə iştirak etmək, namizədlərin dəyərləndirilməsi və təkliflərin hazırlanması prosesinə töhfə vermək;
- Yeni işçilərin adaptasiya (onboarding) prosesinin təşkili və onun icrasına nəzarət etmək;
- Regional əməkdaşların şəxsi işlərinin, sənədlərinin və məlumat bazasının düzgün və tam şəkildə formalaşdırılmasını təmin etmək;
- Əmək müqavilələrinin, əmrlərin, məzuniyyət cədvəllərinin və digər kadr sənədlərinin hazırlanması və qeydiyyatında iştirak etmək;
- Davamiyyət, məzuniyyət və iş vaxtı uçotu məlumatlarının düzgün aparılmasına nəzarət etmək;
- Regional filiallarda əmək intizamı, daxili qaydalar və korporativ siyasətə riayət olunmasına nəzarət etməkdə məsul şəxslərə dəstək olmaq;
- İnsan resursları üzrə daxili hesabatların və statistik məlumatların hazırlanmasında iştirak etmək;
- Əməkdaşların motivasiya və daxili kommunikasiya tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- İR siyasət və prosedurlarının region səviyyəsində düzgün tətbiqini və icrasını təmin etmək.
Tələblər
Təhsil:
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Psixologiya, Sosial elmlər və ya əlaqədar ixtisaslar üzrə);
İş təcrübəsi:
- Müvafiq sahədə (İnsan resursları, kadr uçotu və ya administrativ sahədə) 1–2 il iş təcrübəsi;
Zəruri bilik və bacarıqlar:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, kadr uçotu qaydaları və sənəd dövriyyəsi prinsipləri haqqında biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;
- Elektron kadr uçotu sistemlərində (məsələn, ƏMAS, ERP və ya HRIS platformaları) işləmək bacarığı üstünlük sayılır;
- Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
- Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq;
- Komandada işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı.