İşin təsviri
- Yarana biləcək potensial risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metod və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi və qərarların qəbulunda iştirak etmək;
- Risklərin idarə edilməsi ilə bağlı siyasət sənədləri, prosedur və metodologiyaların hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Risklərin qiymətləndirilməsi və nəticələr əsasında risk reyestrinin hazırlanması prosesində iştirak etmək;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və təhlillərin həyata keçirilməsində iştirak etmək;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarətin həyata keçirilməsində iştirak etmək;
- Risklərin idarə edilməsi prosesində lazımi hesabatları tərtib etmək;
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət olunmasının monitorinqini həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
- Daxili audit, risklərin idarə edilməsi və daxili nəzarət sahəsində 1 il iş təcrübəsi;
- Sahə üzrə arzu olunan sertifikatlar (FRM, PRM, CFA və s.);
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq, o cümlədən fəal dinləmə, tapıntıların və təkliflərin təqdim edilməsi bacarığı;
- Rus və ingilis dilləri arzu olunandır;
- Microsoft Office və digər müvafiq proqramlar üzrə bacarıqlar;
- Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş nəzəri və praktiki biliklər;
- Komanda yoldaşları və digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
- Ölkədaxili ezamiyyət etmək imkanı.