İşin təsviri
- Sahələrin ölçülməsi və dizayn proseslərinə başlanğıcdan sona qədər rəhbərlik etmək və bu işlərin effektiv idarə olunmasını təmin etmək;
- Layihə mühəndisi ilə birlikdə layihə planlarının hazırlanması, vaxt qrafikləri və xərclərin izlənməsi, müəyyən olunmuş parametrlərə riayət edilməsini təmin etmək;
- Topoqrafik və tədqiqat məlumatlarının layihə dizaynlarına inteqrasiyasına nəzarət etmək və dəqiqliyi təmin etmək;
- Torpaq hamarlanması və səth nizamlanması layihələri üçün məlumatların toplanması, təhlili və şərhinə rəhbərlik etmək;
- Şirkət və fermer tələblərinə, eləcə də ekoloji və sənaye standartlarına uyğun torpaq nizamlanması layihələrinin icrasını təmin etmək;
- GPS, GIS, Glonass, Trimble Field Level II və OptiSurface kimi müasir tədqiqat və dizayn texnologiyalarından istifadə edərək detallı xəritə və modellər hazırlamaq;
- Komandanın fəaliyyətinə rəhbərlik etmək, mentorluq və peşəkar inkişafı təşviq etmək, innovativ iş mühitinin formalaşmasına töhfə vermək;
- Komanda performansını təhlil etmək, məqsədləri müəyyənləşdirmək və davamlı rəy vermək;
- Dizayn nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini tətbiq etmək;
- Ölçmə və dizayn texnologiyalarındakı yenilikləri izləmək və tətbiqə inteqrasiya etmək;
- Şirkət və fermerlər arasında əsas əlaqə nöqtəsi kimi çıxış etmək, layihə gedişatı ilə bağlı məlumat vermək və dəyişiklikləri koordinasiya etmək;
- Xəritələr, avadanlıqlar, yanacaq sərfi, iş saatları və digər göstəricilərə dair ətraflı hesabatlar hazırlamaq və təqdim etmək, məlumatların məxfiliyinə nəzarət etmək;
- Komanda üzvlərinin iş saatları ilə bağlı HR şöbəsinə aylıq məlumatların təqdim edilməsini təmin etmək;
- Bütün sahə işlərinin sağlamlıq, təhlükəsizlik və ətraf mühit standartlarına uyğun aparılmasına nəzarət etmək;
- Komanda üçün təhlükəsizlik protokollarını və təlimlərini hazırlamaq və icrasına nəzarət etmək;
- FMX proqram təminatı ilə işləyən sürücülərin maarifləndirilməsini təşkil etmək və düzgün əməliyyat qaydalarına nəzarət etmək.
Tələblər
Təhsil:
- Ali təhsil (mühəndislik, aqrar elmlər, topoqrafiya və ya əlaqəli sahələr üzrə).
İş təcrübəsi:
- Sahələrin ölçülməsi, dizaynı və torpaq nizamlanması ilə bağlı azı 2 il iş təcrübəsi;
- Kənd təsərrüfatı və torpaq planlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlükdür.
Bilik və bacarıqlar:
- Sahə ölçülərinin müəyyən edilməsi, koordinatların təyin edilməsi və GPS texnologiyaları ilə işləmək bacarığı;
- Hərəkətdə olan texnikalar və aqreqatların texniki istismar qaydaları barədə biliklər;
- Yol hərəkəti, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydaları üzrə məlumatlılıq;
- Trimble Field Level II, OptiSurface, GIS və AutoCAD proqramlarında işləmək bacarığı üstünlükdür.
Fərdi keyfiyyətlər:
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, analitik düşüncə və qərarvermə qabiliyyəti;
- Komandada işləmək və liderlik etmək bacarığı;
- Dəqiqlik, diqqətlilik və problemhəll etmə yönümlü yanaşma;
- Ezamiyyətlərə getmək imkanı;
- Məlumatların məxfiliyini qoruma bacarığı.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – sərbəst.
Kompüter bilikləri:
- MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Ölçmə və dizayn proqram təminatları üzrə işləmək bacarığı.