Mal, material, ehtiyat və avadanlıqların fiziki sayım prosesini təşkil və icra etmək.
Mal-materialların inventarizasiyasına dair təlimatlara uyğun olaraq əvvəlcədən hazırlıq işlərini yerinə yetirmək və prosesi fiziki olaraq izləmək.
Sayım nəticələrini müvafiq ERP sistemlərinə (məsələn, 1C) daxil etmək və rəsmi sənədləşdirməni düzgün şəkildə aparmaq.
Fiziki sayım ilə sistem məlumatları arasında uyğunsuzluqları müəyyən etmək və bu barədə hesabat hazırlayaraq aidiyyəti struktur rəhbərliyinə təqdim etmək.
Sayım zamanı aşkar olunmuş artıq və ya çatışmayan qalıqlar barədə dərhal anbar rəhbərliyini məlumatlandırmaq.
Müəyyən edilmiş qrafikə əsasən, planlı və zəruri hallarda fövqəladə inventarizasiyalarda iştirak etmək və nəticələrin rəsmi sənədlərlə təsdiqlənməsinə nəzarət etmək.
Anbara daxil olan malların elektron qaimə və ya hesab-faktura ilə uyğunluğunu yoxlamaq, onların sayımında fiziki olaraq iştirak etmək.
Tələblər
Ali təhsil və ya orta ixtisas təhsili (mühasibatlıq, informasiya texnologiyaları, idarəetmə və əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
MS Excel və 1C ERP proqramlarında işləmək bacarığı;
Fiziki sayım və sistemlə müqayisə işlərində dəqiqlik və diqqətlilik;
Komanda ilə işləmək, çevik və operativ olmaq bacarığı;
Azərbaycan dili – sərbəst, rus dili – arzuolunandır.