İşin təsviri
- Yeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını təşkil etmək və sənədləşdirmək;
- Mövcud işçilər üçün müntəzəm yenidən təlimatlandırma və maarifləndirmə proseslərini həyata keçirmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- SƏTƏM üzrə sənədləşdirmə və hesabat işlərini dəqiq və vaxtında aparmaq;
- Risklərin qiymətləndirilməsini həyata keçirmək, nəticələrini sənədləşdirmək və qarşısının alınması tədbirlərini təklif etmək;
- SƏTƏM üzrə uyğunsuzluq və qüsurları aşkar etmək, aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermək və icrasına nəzarət etmək;
- İş sahəsinə daxil olanlara giriş və təhlükəsizlik təlimatları keçmək;
- İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı məsləhət və dəstək göstərmək;
- İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılması proseslərində iştirak etmək;
- Müəyyən olunmuş qaydalara əsasən aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Aidiyyəti dövlət qurumlarının keçirdiyi yoxlamalarda iştirak etmək və tələb olunan sənədləri təqdim etmək.
Tələblər
- Ali təhsil (mühəndislik, texniki və ya SƏTƏM istiqamətində olması arzuolunandır);
- Yaş həddi: 25–45 yaş;
- Azərbaycan və rus dillərində səlis yazı və şifahi ünsiyyət bacarığı;
- SƏTƏM sahəsində minimum 1 il iş təcrübəsi;
- FHN tərəfindən verilmiş “Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları” üzrə sertifikatın olması (əlavə SƏTƏM sertifikatlarına üstünlük verilir);
- MS Office proqramları (xüsusilə Word, Excel, PowerPoint) ilə işləmək bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və analitik düşünmə bacarığı;
- Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.