İşin təsviri
- Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması;
- Avtomobilin texniki vəziyyətinin yoxlanılması və əraziyə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
- İş zamanı qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
- Avtomobilin vaxtaşırı servislərdə texniki vəziyyətinin yoxlanılması
- Ehtiyac zamanı digər ofis əməkdaşlarının əraziyə, digər regionlara aparılması;
- Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə ciddi riayət edilməsi, sərnişinlərin təhlükəsiz daşınmasının təmin olunması
- Qəza, nasazlıq və ya digər fövqəladə hallar baş verdikdə dərhal aidiyyəti şəxslərə məlumat verilməsi və müəyyən edilmiş prosedurlara uyğun hərəkət edilməsi;
Tələblər
- B, C kateqoriyalı sürücülük vəsiqəsinə və təhlükəsiz idarəetmə bacarığına malik olmaq;
- Nəqliyyat vasitəsini müxtəlif yol və hava şəraitində peşəkar şəkildə idarə etmək bacarığı;
- Avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını;
- Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını;
- Sərnişinlərlə və əməkdaşlarla nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Vaxtın düzgün idarə olunması, marşrutların səmərəli planlaşdırılması və tapşırıqların vaxtında icrası bacarığı;