İşin təsviri
- Cəmiyyətin balansında olan və ona təhkim edilən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və səmərəli idarə olunmasını təmin etmək;
- Avtonəqliyyat vasitəsindən düzgün və texniki tələblərə uyğun istifadə etmək, istismar üzrə təlimatların və qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını həyata keçirmək, onun ayrı-ayrı hissə və qovşaqlarına vizual və texniki baxış keçirmək;
- Nasazlıqların vaxtında aşkar olunması üçün mütəmadi yoxlamalar aparmaq, zəruri hallarda nasazlıqları bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirini, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının vaxtında keçirilməsini təmin etmək;
- Əsaslı və cari təmirdən, profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
- İstifadəsində olan avtonəqliyyat vasitəsi sıradan çıxdıqda müvafiq aktların və digər zəruri sənədlərin tərtibində və imzalanmasında iştirak etmək;
- İdarə etdiyi avtonəqliyyat vasitəsi üçün şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları vaxtında əldə etmək və təhvil vermək.
Tələblər
- Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək;
- Etibarlı sürücülük vəsiqəsinə malik olmaq;
- Ezamiyyələrə getməyə hazır olmaq;
- Müxtəlif növ nəqliyyat vasitələrini idarə edə bilmək;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Minik avtomobilini peşəkar səviyyədə idarə etmə bacarığı;
- Təhsil: tam orta;
- Təcrübə: minimum 3 il sürücü kimi iş təcrübəsi;
- Dil bilikləri: səlis Azərbaycan dili.