İşin təsviri
- Tabeliyində olan filiallarda təhlükəsizlik siyasətinə riayət olunması vəziyyətini daima monitorinq edir, ehtiyac olan araşdırmalar aparır və məsləhətlər verir;
- Təhlükəsizlik baxımından əhəmiyyət kəsb edən şəxslər, partnyorlar və digər əlaqəli şəxslər barədə araşdırmalar aparır, aşkar olunmuş faktlar barədə rəhbərini məlumatlandırır;
- Tabeliyində olan filiallarda sabotaj, dələduzluq, oğurluq, talama kimi qeyri-qanuni hərəkətlərə qarşı mübarizəni təşkil edir, onların mənbələri və nəticələri barədə məlumatlar toplayır, daxili təhqiqatlar və araşdırmalar aparır, təsdiq olunmuş faktlar barədə dərhal rəhbərini məlumatlandırır;
- Tabeliyində olan filiallarda işə qəbul zamanı namizədlərə təhlükəsizlik nöqteyi-nəzərdən rəy bildirir;
- Tabeliyində olan filialların fiziki təhlükəsizliyi (mühafizəsi) vəziyyəti üzərində nəzarəti həyata keçirir;
- Tabeliyində olan filialın təhlükəsizliyi ilə əlaqədar aparılmış araşdırmalar və təhqiqatlar nəticəsində təqsiri bir mənalı sübut olunmuş günahkar şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti filialın rəhbərinə məlumat verir;
- Filiallardakı gözətçi rəhbərləri və gözətçilərə xidməti təlimat keçmək, növbəyə gələn mühafizəçilərin geyim və xarici görünüşünü kontrol etmək, xidməti təşkil etmək, postları kontrol etmək;
- Tabeliyində olan filiallarda istənilən vaxtda gecələr postlara gedərək gecə yoxlamaları etmək;
- Xidməti yoxlama zamanı aşkar olunan uyğunsuzluqlar barəsində rəhbərinə raport yazaraq məlumat verir;
- Xidmətə uyğun olmayan və vəzifəsini layiqincə yerinə yetirməyən əməkdaşlar haqqında müvafiq tədbirlər görmək, rəhbərliyə raport hazırlamaq;
- Xidməti kitabları kontrol etmək, kitablarda qeydlərin düzgün aparılmasına və kitabların səliqəli saxlanmasına nəzarət etmək;
- Obyektə verilmiş olan nəqliyyat vasitələrinin, radio rabitə vasitələrinin və digər texniki ləvazimatların (dedektor, əl-fənəri və s.) səliqəli, təyinatı üzrə və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Rəhbərliyin təyin etdiyi digər işləri icra edir.
Tələblər
- Ali təhsilli olmalıdır (hüquq, təhlükəsizlik, hərbi və ya idarəetmə sahəsində təhsil üstünlükdür);
- Hərbi xidməti keçmiş olmalıdır;
- Hüquq-mühafizə orqanlarında ən azı 5 il iş təcrübəsi olmalıdır;
- Müəssisələrdə təhlükəsizlik xidmətinin təşkili üzrə praktiki bacarığa malik olmalıdır;
- Bölgədə daimi və fasiləsiz çalışmaq imkanı olmalıdır;
- Mühafizə işinin planlanması, təşkil edilməsi və nəzarəti üzrə iş təcrübəsi vacibdir;
- Komanda ilə işləmək, əməkdaşlarla düzgün kommunikasiya qurmaq bacarığı olmalıdır;
- Analitik təhlil, vəziyyətlərin qiymətləndirilməsi və qərarvermə bacarığı yüksək səviyyədə olmalıdır;
- İT və ofis proqramları (MS Office, Excel, PowerPoint və s.) ilə sərbəst işləmək bacarığı olmalıdır;
- Hesabatlar hazırlamaq və təqdim etmək bacarığı olmalıdır;
- Xarici dil bilikləri (xüsusilə ingilis və ya rus dili) arzuolunandır;
- Bölgədə baş verə biləcək uyğunsuzluqlar, pozuntular və hadisələr zamanı operativ məlumat əldə etmək və analiz etmək bacarığı olmalıdır;
- Təhlükəsizlik fəaliyyətində preventiv yanaşmanı tətbiq edə bilməli, mümkün risklərin qarşısının alınması üzrə qabaqlayıcı tədbirləri planlaya bilməlidir.