İşin təsviri
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi və s.) müəyyən etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
- Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
- Bitkinin vegetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri haqqında təkliflər irəli sürmək, mübarizə tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
- Həyata keçirilən işlərin hesabatlılığının aparılması.
Tələblər
- Təhsil: Ali təhsil;
- Təcrübə: Təcrübə tələb olunmur;
- Dil bilikləri: Azərbaycan dili;
- Kompüter bilikləri: MS Office proqramları biliklərinin olması üstünlükdür.
Texniki biliklər:
- Müvafiq icra hakimiyyəti orqanlarının bitkiçilik sahələrinin inkişafı barədə qərar və sərəncamları;
- Normativ-hüquqi aktlarını bazar iqtisadiyyatı şəraitində məhsulların istehsalı və satışı ilə əlaqədar olan marketinq qaydaları;
- Təsərrüfatın təbii-iqtisadi şəraitinə uyğun ixtisaslaşma və təmərküzləşmə prinsipləri;
- Təsərrüfatın nizamnaməsini, aqrotexniki tədbirlər barədə bütün təlimatlar;
- Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması;
- Texniki təhlükəsizlik və yanğına qarşı mübarizə tədbirləri;
- Bitkilərin becərilməsini, suvarılmasını, texnoloji işlər;
- Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki məslələr;
- Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
- Dəyişikliyə açıq olma və dəyişiklikləri idarə edə bilmə bacarığı;
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı;
- Qərar qəbul etmək və məsuliyyət götürmək qabiliyyəti;
- Planlama və təşkilatçılıq qabiliyyəti.