İşin təsviri
Təsvir
- Əkin öncəsi torpağın seçilməsi və hər hektara düşən məhsuldarlıq normasının müəyyənləşdirilməsi;
- Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və torpağın münbitliyini yaxşılaşdırmaq məqsədilə aqro-texniki tədbirlərin planlaşdırılması və icrası;
- Alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmin olunması və su itkisini minimuma endirmək üçün lazımi tədbirlərin görülməsi;
- Torpağın kimyəvi analizi əsasında bitkinin inkişaf mərhələlərinə uyğun gübrələmə və yemləmə proqramlarının hazırlanması;
- Bitkinin bioloji yetişkənlik dövrünün izlənilməsi, xəstəlik və zərərvericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərində iştirak;
- Toxum çeşidləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uyğun toxum növlərinin və səpin müddətinin düzgün müəyyənləşdirilməsi;
- Gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması və həyata keçirilməsində dəstək göstərilməsi;
- Bitkinin vegetativ inkişafına uyğun kultivasiya və yemləmə tədbirlərinin planlaşdırılması və yerinə yetirilməsi;
- Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə bağlı təkliflər vermək və tədbirlərin tətbiqində iştirak;
- Torpağın əkinə vaxtında hazırlanması, məhsulun becərilməsi və yığım prosesinin təşkili;
- Gündəlik işlərin və həyata keçirilən aqro-texniki tədbirlərin hesabatlılığının təmin edilməsi.
Tələblər
Təhsil:
- Ali və ya orta-ixtisas təhsili (Kənd təsərrüfatı, aqronomiya və ya əlaqəli ixtisas üzrə)
Təcrübə:
- Təcrübə tələb olunmur; bu sahədə çalışmaq istəyən tələbələr və yeni məzunlar üçün nəzərdə tutulur
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst yazı və danışıq bacarığı
Kompüter bilikləri:
- MS Office proqramlarında işləmə bacarığı olması (xüsusilə Excel və Word)
Texniki və sahə bilikləri:
- Aqrotexniki tədbirlərin əsasları barədə ilkin biliklər;
- Xəstəlik və zərərvericilərlə mübarizə üzrə nəzəri məlumatlar;
- Torpaq növlərinə və əkin texnologiyalarına dair anlayışlar;
- Pambıqçılıq üzrə nəzəri və praktiki biliklərin olması;
- Ekoloji, suvarma və torpaq mühafizəsi üzrə ümumi təlimatların anlaşılması.
Təklif edirik:
- Sahə şəraitində praktiki təcrübə qazanmaq imkanı;
- Təcrübəli aqronomların rəhbərliyi altında peşəkar bilik və bacarıqların inkişafı;
- Yaxşı nəticə göstərən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanı və karyera yüksəlişi;
- Rəsmi tövsiyə məktubu və təcrübə sertifikatı.