Tərəzi operatoru (Zərdab)

İşin təsviri

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsinin təmin edilməsi;
  • Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılma qaydalarına uyğunluğuna nəzarət;
  • Yükün çəkisinin, adının və digər xüsusiyyətlərinin müşayiətedici sənədlərlə uyğunluğunun yoxlanılması;
  • Çatışmazlıq və ya zədələnmə hallarında aktların tərtib olunması və müşayiətedici sənədlərin düzgün rəsmiləşdirilməsi;
  • Çəkilmiş yüklərin dəqiq uçotunun aparılması və qeydiyyatının təmin edilməsi;
  • İstifadə edilən tərəzilərin dəqiqliyinin yoxlanılması və onlara texniki qulluq göstərilməsi;
  • Yüklərin tərəziyə düzgün yerləşdirilməsinə rəhbərlik edilməsi və nəqliyyat vasitələrinin optimal yüklənməsinə nəzarət olunması.

Tələblər

Təhsil:

  • Ali və ya orta ixtisas təhsili (texniki yönümlü sahələrə üstünlük verilir)

İş təcrübəsi:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst

Kompüter bilikləri:

  • Windows əməliyyat sistemi;
  • Microsoft Office proqramları (xüsusilə Excel, Word).

Texniki bilik və bacarıqlar:

  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq;
  • Çəkilən yüklərin nomenklaturası, çeşidləri və növləri barədə məlumatlı olmaq; xidmət etdiyi tərəzilərin quruluşu, daşıma həddi və düzgün işləmə prinsiplərini, eləcə də tərəzilərin tənzimlənməsi və yoxlanma üsullarını bilmək;
  • Çəki ölçüləri, yüklərin yerləşdirilməsi, yığılması və mühafizə qaydaları, nəqliyyat vasitələrinin növləri və yükqaldırma qabiliyyəti haqqında məlumatlı olmaq; çəkilmiş yüklərin hesablanması və müşayiətedici sənədlərin düzgün tərtibi ilə bağlı biliklərə malik olmaq;
  • Daxili əmək intizam qaydaları, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalara əməl etmək.