İşin təsviri
- Əməliyyat Departamenti, onun struktur bölmələri və regional qaraj təsərrüfatları ilə qarşılıqlı əlaqənin təşkili və koordinasiyasını təşkli etmək;
- Cəmiyyətin Mexanizasiya bölməsinə aid aktivlərin 2025–2026-cı illər üçün tərtib olunan əməliyyat planı üzrə lizinqdən çıxarılma proseslərində iştirak etmək;
- Əməliyyat Departamenti tərəfindən tərtib olunan sənədlərin müvafiq regional dövlət qurumlarına təqdim olunması, hazır sənədlərin qəbulu, saxlanılması və ötürülməsinin təşkil edilməsi;
- Mexanizasiya aktivlərinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi;
- Planlı inventarizasiyalarda və nəzarət-yoxlama tədbirlərində iştirak etmək;
- İnventarizasiya nəticələrinin Mühasibat uçotu şöbəsinin qaydalarına uyğunluğunun təmin edilməsi;
- İstismardan çıxarılan aktivlərin ehtiyat hissələrinə sökülməsi və onların Mal-material şöbəsinə təhvil verilməsi proseslərinə nəzarət etmək;
- Texniki və uçot sənədlərinin düzgün şəkildə aparılması və mütəmadi yenilənməsi təmin etmək;
- Sənədlərin normativ-hüquqi aktlara və müəssisədaxili standartlara uyğunluğunun yoxlanılması;
- Regionlarda fəaliyyət göstərən əməkdaşların müvafiq təlim proseslərində iştirakının təmin edilməsi;
- Texnika və aqreqartların qəbulu və silinməsi proseslərində iştirak etmək;
- Arxiv sənədlərinin düzgün saxlanılmasının təşkil edilməsi.
Tələblər
Tələblər:
- Ali və ya orta texniki ixtisas təhsili;
- Müvafiq sahədə 1 ildən 3 ilə qədər iş təcrübəsi;
- Nəqliyyatın istismarı və texniki xidmət sahəsində normativ-hüquqi bazaya dair biliklər;
- Kompüter bilikləri (Microsoft Word, Excel, uçot proqramları);
- Texniki sənədlərlə və hesabat formaları ilə işləmək bacarığı.
Səriştə və bacarıqlar:
- Detallara qarşı diqqətlilik;
- Yüksək məsuliyyət hissi;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Səmərəli ünsiyyət qurma qabiliyyəti;
- Yüksək səviyyədə özünü təşkiletmə bacarığı.