İşin təsviri
- Tornaçı universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsir, yonur, yiv açır və müxtəlif konfiquryasiyalı işləri həyata keçirir;
- Verilmiş tapşırıq parametrləri çərçivəsində işi planlaşdırmaq;
- Mexaniki və elektrik təhlükəsizlik qaydalarına əməl etmək, xüsusi fərdi qoruyucu geyim və eynəklərdən istifadə etmək;
- Texniki tələblərə cavab vermək baxımından istismar prosesi zamanı avadanlıqlara və əməliyyatlara nəzarət etmək və müvafiq nizamlamalar etmək;
- İş tapşırığını yerinə yetirmək üçün texniki təlimatlara uyğun olaraq avadanlığı işə salmaq, istismar etmək, söndürmək və dəzgahları elektrik şəbəkəsindən ayırmaq;
- İş sahəsini təsərrüfat standartlarına uyğun saxlamaq;
- Dofferlərin yonulması və yığılması əməliyyatlarını yerinə yetirmək;
- Hidrovlik şlanq bərpa işlərini həyata keçirmək.
Tələblər
Tələblər:
- Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması və nizamlanmaıs qaydaları;
- Detalların dəzgaha bağlanma və yoxlanması üsulları;
- Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri və torna qurğuarında mükəmməl işləmək;
- Mürəkkəb torna əməliyyatları rejimlərinin seçilməsi bacarığı;
- Müxtəlif torna işlərini yerinə yetirmə bacarığı.
Səriştə və bacarıqlar:
- Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
- Həllyönümlü olmaq;
- Təşəbbüskarlıq;
- Diqqətlilik.