İşin təsviri

  • Traktor idarə etmə hüququ verən vəsiqə, Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
  • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
  • Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;
  • İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
  • Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;
  • Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;
  • Traktorda kənar şəxslərin olmasına yol verməməli;
  • Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
  • Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
  • Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;
  • Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.

Tələblər

  • Təhsil: Tam orta və ya texniki peşə məktəbi.
  • Təcrübə: Analoji sahədə minimum 1 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan dili.
  • Sənədlər: Traktor idarə etmə hüququ verən vəsiqə; iş zamanı tələb olunduqda etibarnamə və/yaxud yol vərəqəsi.
  • Peşəkar bilik və bacarıqlar: Traktorun mexanizmlərini və təhlükəsizlik cihazlarını işə başlamazdan əvvəl yoxlama, əyləc və digər sistemlərin sazlığını nəzarətdə saxlama, aşkar edilmiş nasazlıqların aradan qaldırılmasında iştirak, yükləmə/daşıma və aqrotexniki işləri normativlərə uyğun icra etmə.
  • Normativ və təhlükəsizlik tələbləri: Əmək Məcəlləsi, müəssisənin daxili normativ sənədləri, texnoloji reqlament və təlimatları, həmçinin texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli və işində rəhbər tutmalıdır.