İşin təsviri
- Traktor idarə etmə hüququ verən vəsiqə, Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır;
- Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır;
- Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir;
- İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır;
- İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir;
- Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli;
- Zavodun rəhbərliyinin göstərişlərini operativ çəkildə yerinə yetirməli;
- Traktorda kənar şəxslərin olmasına yol verməməli;
- Traktora yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət etmək, traktorun mövcud yük götürmə qabiliyyətindən artıq yüklənməsinə yol verməmək;
- Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etmək;
Tələblər
- Üzərinə düşən vəzifənin yerinə yetirilməsi;
- Rəhbərliyin göstərişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə və öz işinin təşkili;
- Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etmək;
- İşdə nəzərdə tutulmayan kənar işlərin aparılması;
- Müəssisənin və zavodun nizam-intizam qaydalarına və əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi;
- Müəssisənin və zavodun sirrini təşkil edən məlumatların kənar şəxslərə açıqlanması;
- Traktorun təmiri və profilaktik işlər zamanı istifadə edilən materiallardan düzgün və səmərəli istifadə olunmasına görə məsuliyyət daşıyır;
- Traktora onun qoşqu, lafetinə adam mindirmək, lafeti adamların daşınmasında istifadə etmək qəti qadağandır.