İşin təsviri
- TXM (Texniki Xidmət Mərkəzi) avadanlıqlarının idarə edilməsi və onlara nəzarətin edilməsi;
- Avtomobillərin texniki xidmətə alınması, diaqnostika və təmir proseslərinin izlənməsi;
- Avtomobil sistemlərinin texniki baxışı və təmirinin təşkili;
- İş zamanı bütün təhlükəsizlik protokollarına riayət etmək və işin təhlükəsiz bir şəkildə yerinə yetirilməsini təmin etmək;
- Texniki xidmət modulları üçün lazım olan ehtiyat hissələrinin və materialların vaxtında təmin olunmasını və düzgün istifadəsini təmin etmək;
- Texniki xidmət işlərinin düzgün şəkildə həyata keçirilməsini izləmək və işlərin nəticələri haqqında müvafiq hesabatlar hazırlamaq;
- Avadanlıq və mexanizmlərin effektiv işləməsini təmin etmək, mümkün olan səmərəlilik artımlarını təklif etmək.
Tələblər
- Müvafiq sahədə (TXM sahəsi) minimum 2 il iş təcrübəsi;
- Avtomobil təmiri və texniki xidmətin əsasları üzrə biliklər;
- Texniki avadanlıqların idarə edilməsi bacarığı;
- Texniki xidmət modullarının işləməsi, təmir və nəzarət işləri barədə biliklər;
- İş yerində təhlükəsizlik qaydalarına riayət etmək və hər hansı bir nasazlıq zamanı dərhal tədbir görmək bacarığı.