İşin təsviri
- Ustanın və ya texniki xidmət mühəndisinin göstərişləri əsasında sahədəki avadanlıqların təmir və texniki baxımını qrafikə uyğun, keyfiyyətlə yerinə yetirmək;
- Təmir işlərinin vaxtında aparılması üçün zəruri alət, ləvazimat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək;
- İş zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;
- Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bitirdikdən sonra rəhbərə dəqiq, ətraflı məlumat vermək;
- Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri icra etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etmək;
- İsitmə/soyutma sistemlərinin rütubət və hərarət sensorlarını, sovurma kanallarını təmizləmək; filtrləri vaxtında dəyişmək;
- Avadanlığın mexaniki hissələrini — dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını — vaxtında yağlamaq;
- Avadanlığın daxili və xarici səthlərini, hərəkət mexanizmlərini hava şlanqı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
- Baş verən nasazlıqları (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı mexanizmin sıradan çıxması) operativ aradan qaldırmaq;
- Diffuzorları və tüstü sensorlarını sıxılmış hava ilə təmizləmək;
- Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə etməklə öhdəlikləri yerinə yetirmək və peşəkar inkişaf üzərində daimi işləmək.
Tələblər
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə normaları və qaydalarını bilmək;
- Təmir ediləcək avadanlıqların, qurğuların və maşınların quruluşunu bilmək;
- Ölçü alətləri və cihazların təyinatını, xüsusiyyətlərini və istifadə qaydalarını bilmək;
- Avadanlıqların təmiri, montajı və quraşdırılması üzrə texnoloji prosesləri bilmək;
- Orta ixtisas təhsili (və ya ekvivalent təlim) və ya sahə üzrə uyğun iş stajı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik və məsuliyyətlilik.
İş şəraiti:
- İş qrafiki: Çöxnövbəli;
- İş yeri: Mingəçevir şəhəri, H. Əliyev prospekti 69;
- Nahar şirkət tərəfindən təmin olunur.