İşin təsviri
- Təhkim olunduğu mərtəbələrdə gündəlik təmizlik işlərini (süpürmə, tozun alınması, tozsoranla təmizləmə) yerinə yetirmək;
- Döşəmələrin, mebellərin, divarların, qapıların və döşəmə xalçalarının təmizliyini təmin etmək;
- Otaqların, mətbəxlərin və sanitar qovşaqların gigiyena tələblərinə uyğun saxlanılmasını təmin etmək;
- Ümumi sahələrin (mətbəx, tualet, dəhliz və s.) gigiyenik vəziyyətinə nəzarət etmək;
- İstifadə olunan təmizlik avadanlıqlarını vaxtında təmizləmək və işlək vəziyyətdə saxlamaq;
- Zərurət olduqda və məzuniyyət dövrlərində digər mərtəbədə çalışan xadiməni əvəz etmək;
- Potensial məişət problemlərini vaxtında bildirmək, xırda təmir ehtiyacları barədə məsul şəxsləri məlumatlandırmaq;
- Bitkilərə və dibçəklərə qulluq etmək.
Tələblər
- Xadimə/təmizlik işləri üzrə minimum 1 il iş təcrübəsi (ofis və ya inzibati bina mühiti üstünlükdür);
- Gündəlik təmizlik işlərinin (süpürmə, toz alma, tozsoranla təmizləmə) düzgün və keyfiyyətli icra edilməsi bacarığı;
- Səthlərin (döşəmə, mebel, divar, qapı, xalça) təmizlənməsi və gigiyena qaydalarına riayət;
- Mətbəx və sanitar qovşaqların təmizliyi və dezinfeksiya tələbləri barədə ilkin bilik və tətbiq bacarığı;
- Təmizlik avadanlıqlarından düzgün istifadə və onların vaxtında təmiz saxlanılmasına məsuliyyətli yanaşma;
- Müşahidəçilik: potensial məişət problemlərini vaxtında müəyyən etmək və xırda təmir ehtiyacları barədə məsul şəxslərə məlumat vermək;
- Səliqəlilik, məsuliyyətlilik, intizam və kollektivlə düzgün ünsiyyət bacarığı.