İşin təsviri
- İnzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. yığışdırılması;
- Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması;
- Zibil qablarının boşaldılması, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və xüsusi ayrılmış yerlərə aparılması;
- Unitazların, vannaların, əl-üz yuyan və başqa sanitar texniki avadanlığın təmizlənməsi və dezinfeksiyası;
- Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydalarına riayət edilməsi.a
Tələblər
- Təhsili: Orta
- İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi
- Otaqların silinməsi və təmiz saxlanılmasına dair sanitar və gigiyena qaydalarını bilməli.
- Xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşunu, yığışdırma qaydasını.
- Yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını, təyinatını, onlardan təhlükəsiz istifadə qaydaları və sanitar-texniki istismar qaydalarını.