İşin təsviri
- Müəssisənin anbarında olan toxumluq çiyid və texniki çiyid məhsullarına nəzarət etmək, alıcılar və tədarükçülərlə əlaqə qurmaq;
- Məhsulun tədarükü zamanı vaxt itkisinin qarşısını almaq üçün müvafiq sənədləri rəsmiləşdirmək;
- Texniki material təminatına nəzarət etmək, məhsulun satışı və keyfiyyətinə dair prosesləri izləmək;
- Hazır məhsulların işlənib hazırlanmasında iştirak etmək;
- Xam pambığın fermerlərdən qəbuluna nəzarət etmək, məhsulun buntlarda saxlanması və emalı üçün zəruri sənədləri hazırlamaq və forma üzrə hesabat aparmaq;
- Filial ərazisinin səliqəyə salınması (alaq otlarının təmizlənməsi, ağacların budanması və s.);
- Taya yerlərinin təmiri və bərpasını təşkil etmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Məhsulun keyfiyyət xüsusiyyətlərinin müəyyən edilməsi metodları üzrə biliklər;
- Müəssisənin anbar təsərrüfatının təşkili qaydaları üzrə biliklər;
- Malların qəbul edilməsi, saxlanması, daşınması və göndərilməsi qaydaları üzrə biliklər.