Brand Face (PR nümayəndəsi)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Şirkətimizin siması olacaq, eyni zamanda müəyyən PR öhdəliklərini yerinə yetirəcək enerjili və peşəkar namizəd axtarışındayıq!

Namizəddən tələblər:

  • Ali təhsil (aktyorluq, ictimaiyyətlə əlaqələr, jurnalistika və ya oxşar sahələr üzrə olması üstünlükdür);
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Səliqəli və peşəkar görünüş
  • Komanda ilə işləmə və təşəbbüskarlıq
  • Videoçəkilişlərdə sima və ya aparıcı olaraq təcrübə
  • PR, marketinq və ya əlaqəli sahədə təcrübə üstünlükdür
  • Ölkədaxili və ölkəxarici ezamiyyətlərə açıq olmaq

Vəzifə öhdəlikləri:

  • Şirkəti tədbirlərdə, görüşlərdə və ictimai platformalarda yüksək səviyyədə təmsil etmək
  • PR layihələri ilə bağlı video və foto (postlar) çəkilişləri təşkil və idarə etmək
  • Şirkətin məhsullarının çəkilişini həyata keçirmək, PR strategiyasına uyğun kontent və video materiallar hazırlamaq, çəkilişlərdə şirkətin siması olaraq iştirak etmək
  • Aylıq plana uyğun olaraq şirkəti müxtəlif regionlarda təqdim etmək və həmin regionlarda çəkilişlərin aparılmasını təşkil etmək
  • Şirkətin imicinin qorunmasını təmin etmək
  • Media və tərəfdaşlarla kommunikasiya qurmaq və əlaqələri inkişaf etdirmək
  • Şirkətin korporativ strategiyasına uyğun olaraq sosial layihələrin təşkili və idarə edilməsinə dəstək olmaq
  • Şirkətin fəaliyyəti və xidmətləri haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və yerləşdirilməsinə dəstək olmaq
  • Tədbirlərin təşkili və nəzarət edilməsi (BTL promo aksiyalar, reklam aksiyaları, açılış mərasimləri, sərgilər, təqdimatlar və s.); tədbirlər zamanı aktiv çəkilişlərin aparılması prosesinə nəzarət etmək

Nə təklif edirik?

  • Dinamik və inkişaf yönümlü iş mühiti
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • Beynəlxalq layihələrdə iştirak imkanı

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

“Brand face” yazaraq hr@prior.az elektron poçt ünvanına göndərə bilərsiniz.