Lizinq üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Ali təhsil;

MS Office proqramlarında işləmək bacarığı;

Mikro kredit və ya lizinq üzrə (Bank, BOKT, İnvestisiya və Maliyyə sahəsində) minimum 1 illik təcrübəsi olmalı;

Ezamiyyələrə hazırlıqlı olmalı;

Diqqətli və analitik düşünmə bacarığı olmalı.

Vəzifə öhdəlikləri:

  • İllik satış planın hazırlanmasına dəstək olunması;
  • Texnikanın bölgələr üzrə bölüşdürülməsinin təklifinin verilməsi;
  • Sifariş olunmuş texnikaların çatdırılmasına nəzarət olunması;
  • Key accountlardan gələn sorğuların müzakirə olunması, sifarişlərin alınması,qiymət təkliflərinin verilməsi;
  • Mütamadi olaraq key accountlarla görüşlərin keçirilməsi, yeni təkliflərin verilməsi;
  • Məhsul üzrə marketinq büdcəsinin təsdiqlənməsi;
  • Uğurlu Dealların sayının artırılması üçün marketinq komandasına dəstəyin göstərilməsi;
  • Ödənişlərin vaxtında olunmasına nəzarət edilməsi;
  • Texnikaların istismar qaydalarının hazırlanması, təlim materiallarının və broşurların hazırlanması;
  • Bölgələr və məhsullar üzrə satış məlumatlarını təhlil edərək texnikanın bölgələrarası yerdəyişməsi təkliflərinin verilməsi;
  • Bazardakı vəziyyətə görə texnikanın yenidən qiymətləndirilməsinin həyata keçirilməsi;
  • Texnika stokuna mütamadi olaraq nəzarət olunması;
  • Texniki baxım qrafikinin icrasına nəzarət olunması;
  • Zəmanət menecerinin zəmanət şərtləri və digər zəmanət məsələləri ilə bağlı istehsalçılarla olan münasibətlərinə texniki konsultasiyaların verilməsi;
  • Satış və Marketinq əməkdaşlarına texnikalarla əlaqədar təlimlərin keçirilməsi;
  • Tenderlərdə iştirak üçün öz məhsulları üzrə təkliflərin verilməsi;
  • Marketinq tədbirlərində iştirak (tədbir, sərgi, ezamiyyətlər və s.) edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 800 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Bakı şəh., Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq üzrə mütəxəssis” yazaraq hr@prior.az elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2245&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.