Lizinq üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • İqtisadiyyat, maliyyə, bank işi və ya müvafiq sahə üzrə ali təhsil
  • Müvafiq sahədə 2 il iş təcrübəsi
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • Güclü ünsiyyət və müştərilərlə işləmək bacarığı
  • Operativlik, məsuliyyətlilik və komandada işləmək bacarığı
  • Şəffaflıq və məxfilik qaydalarına riayət etmək.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin lizinq məhsul və xidmətlərinin müştərilərə təqdim edilməsi, satış prosesinin təşkili və satış hədəflərinin yerinə yetirilməsi
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi, müraciət və şikayətlərin operativ cavablandırılması, satış sonrası dəstəyin göstərilməsi
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, təkrar satış imkanlarının araşdırılması və CRM sistemində müvafiq qeydlərin aparılması
  • Lizinq müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi, müştəri sənədlərinin daxili prosedurlara uyğun tərtib və göndərilməsinin təmin edilməsi
  • Təhkim olunmuş lizinq portfelinin monitorinqi, gecikmələrin izlənilməsi və riskli halların rəhbərliyə bildirilməsi
  • Satış nəticələri, müştəri portfeli və monitorinq üzrə hesabatların hazırlanması və vaxtında təqdim edilməsi
  • Bazar araşdırmalarının aparılması, yeni satış imkanlarının müəyyən edilməsi və marketinq tədbirlərində iştirak
  • Texnikaların təhvil-təslim və buraxılış proseslərinin təşkili, Müştəri sənədləri hazırlanması və sənədlərin sistemə yüklənməsi
  • Daxili prosedurlara riayət edilməsi, filialın gündəlik əməliyyatları üzrə tapşırıqların icrası və zərurət olduqda yeni əməkdaşlara dəstək göstərilməsi.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü.
  • İş yeri: Çinar Park Biznes Mərkəzi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində Lizinq mütəxəssisi qeyd edərək hr@prior.az elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2640&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.