Middle PL/SQL developer (GNİ Software)

İşin təsviri

lan tələblər:

  • Ali təhsil;
  • Oracle PL/SQL üzrə professional 2-3 il iş təcrübəsi(Bank və maliyyə sahəsində təcrübə üstünlükdür);
  • GNİ Software üzrə praktiki iş təcrübəsi mütləqdir(Kreditlər, Müştəri, Mühasibatlıq və s.);
  • PL/SQL-də yaxşı səviyyədə bilik: Package, Procedure, Function, Trigger, Cursor, Dynamic SQL;
  • Orta komplekslikdə SQL query optimizasiyası və index istifadəsi barədə bilik;
  • Partitioning və performans tuning barədə əsas anlayışlar(dərin ekspertlik tələb olunmur);
  • Oracle Forms/Reports bilikləri üstünlükdür;
  • GNİ Software-in data modelini və interfeys cədvəllərini başa düşmək;
  • ETL prosesləri və SOAP/REST əsaslı inteqrasiyalarla tanışlıq;
  • Versiya idarəetmə sistemləri (Git, SVN) ilə işləmə bacarığı;
  • Texniki İngilis dili biliyi(B1).

Vəzifə öhdəlikləri:

  • GNİ Software infrastrukturunda PL/SQL əsaslı funksionallıqların hazırlanması və mövcud funksiyaların təkmilləşdirilməsi;
  • Oracle PL/SQL paketləri, prosedurlar, funksiyalar, triggerlər və view-ların hazırlanması;
  • Mövcud GNİ modullarının iş prinsiplərinin öyrənilməsi və dəstək verilməsi;
  • SQL query-lərin optimizasiyası və performansla bağlı əsas problemlərin həllinə dəstək
  • Data exchange proseslərində (ETL, interfeys cədvəlləri, API hazırlıq hissəsi) iştirak;
  • Daxili biznes proseslərin avtomatlaşdırılması ilə bağlı texniki həllərin hazırlanmasına dəstək;
  • Oracle DB-də təhlükəsizlik və stabil işləmə tələblərinə uyğun kod yazılması;
  • Kiçik və orta həcmli dəyişikliklər üçün texniki sənədləşdirmənin aparılması;
  • Change request-lərin icrası və test mühitlərində yoxlanış;
  • Mövcud problemlərin ilkin root-cause analizində iştirak;
  • IT və Biznes komandaları ilə əməkdaşlıq, sprint görüşlərində iştirak.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Bakı, Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Middle PL/SQL developer” yazaraq hr@prior.az ünvanına göndərmək

və ya https://careers.ram.az/?vacancy=2316&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.