İşin təsviri
“Prior Leasing” şirkəti bölgələrdə Təcrübə Proqramını elan edir!
Satış, lizinq və müştəri xidmətləri sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən gənclər və yeni məzunlar fürsətdən yararlana bilərlər.
Proqram haqqında:
- Müddət: 3 ayadək
- İş qrafiki: Həftədə 5 iş günü (yarım iş günü)
- Əməkhaqqı: 200 AZN
- Şərtlər: Təcrübəçilərlə əmək müqaviləsi bağlanılır və hər iştirakçıya mentor təyin olunur
Proqram zamanı nə əldə edəcəksiniz?
- Satış və lizinq prosesləri ilə tanışlıq
- Müştəri xidmətlərində təcrübə
- Şirkətdaxili prosedurlarla tanışlıq
- Peşəkar iş mühitində təcrübə
Namizədlərə tələblər:
- Ali təhsil
- B kateqoriya sürücülük vəsiqəsi
- Ünsiyyət bacarıqları və öyrənməyə həvəs
- Komanda ilə işləmə bacarığı
Təcrübə proqramı aşağıdakı filiallarda keçiriləcək:
- Şəmkir filialı
- Bərdə filialı
- Cəlilabad filialı
- Gəncə filialı
- İmişli filialı
- Quba\Xaçmaz\Qusar filialı
- Salyan filialı
- Şəki filialı
- Ucar\Göyçay filialı
Maraqlanan namizədlər hr@prior.az elektron poçt üzərindən müraciət edə bilərlər. Müraciət zamanı mövzu yerində “Təcrübə proqramı” və müvafiq bölgəni qeyd etməyiniz xahiş olunur.