Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Sığortaçının fəaliyyətində qanunvericiliyin və daxili qaydaların pozulması halları ilə bağlı əhəmiyyətli komplayens riskləri baş verdiyi halda Direktorlar Şurasına dövri və ya növbədənkənar əsasda hesabatlar təqdim etmək.
- Sığortaçının komplayens riskinin müəyyən edilməsi, qiymətləndirilməsi, idarə edilməsi və monitorinqi üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri müəyyən etmək.
- Aşkarlanmış və sığortaçının maliyyə dayanıqlığı göstəricilərinə neqativ təsir edəcək komplayens riskləri, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə tələb edildiyi halda Mərkəzi Bankı məlumatlandırmaq.
- Sığortaçının əməkdaşları üçün komplayens riskləri ilə əlaqədar təlim proqramı hazırlanmasında və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrasının təmin edilməsində iştirak etmək.
- Yeni sığorta məhsullarının və xidmətlərinin hazırlanması və tətbiqi prosesində iştirak etmək, yeni məhsulların və xidmətlərin formalaşdırılması ilə bağlı fəaliyyətin qanunvericiliyə və əlaqəli sığorta siyasətinə, habelə sığorta təcrübəsinə uyğunluğunu qiymətləndirmək, bu məhsulların və xidmətlərin həyata keçirilməsindən qabaq sığortaçının hüquq xidməti və ikinci müdafiə xəttinə daxil olan struktur bölmələrin rəyinin alınmasını yoxlamaq.
- Komplayens risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar daxili kommunikasiyanı təmin etmək.
- Sığortaçının fəaliyyəti ilə bağlı vətəndaş müraciətlərinin monitorinqini aparmaq.
8.Qanunvericilikdə nəzərdə tutulan digər öhdəliklər.
Tələblər:
Tələblər
- Təhsil: Ali (hüquqsünaş ixtisası üzrə)
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri
- Yumşaq bacarıqlar: Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- İş təcrübəsi: Maliyyə sektorunda hüquq və risklərin idarəedilməsi, komplayens, aktuar və daxili audit fəaliyyəti üzrə iş təcrübəsi
Üstünlük hesab olunur
- Rus dili arzuolunandı
Oxşar elanlar
- Məhkəmə Qaydasında Borcların Tutulması üzrə MütəxəssisNBCO KredAqro · 29 oktyabr 2026
- Daxili nəzarət üzrə mütəxəssisAvrora · 28 oktyabr 2026
- Məhkəmə işləri üzrə aparıcı hüquqşünasOBA marketlər şəbəkəsi · 28 oktyabr 2026
- Problemli Borcların Hüquqi İdarə Edilməsi Şöbəsinin RəhbəriNBCO KredAqro · 28 oktyabr 2026
- Məhkəmə yolu ilə borcların tutulması üzrə mütəxəssisNBCO KredAqro · 28 oktyabr 2026
- Korporativ hüquqşünasFrazex · 27 oktyabr 2026